Hava ilə bağlı TƏCİLİ MƏLUMAT -   Bakıda yağışdan sonra...

saytların hazırlanması

Evə çatdırılma

Hava ilə bağlı TƏCİLİ MƏLUMAT - Bakıda yağışdan sonra...

Sosial

07 Oktyabr 2026 10:11 277


Ölkə ərazisində yağıntılı hava davam edir.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Xidmətin oktyabrın 7-si saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Dominos pizza

Bakıda və Abşeron yarımadasında 9 mm yağıntı qeydə alınıb. Bu, aylıq yağıntı normasının 32 faizini təşkil edir.

Respublikanın rayonlarında ən çox yağıntı Astara və Yardımlıda qeydə alınıb. Belə ki, Astarada 14 mm, Yardımlı və Şirvanda 12 mm, Lənkəran və Neftçalada 10 mm, Lerikdə isə 9 mm yağıntı düşüb.

Zaqatala, Sabirabad, Şahbuz, Şəki, Balakən, Qobustan, Ordubad, Gədəbəy, Tovuz, Daşkəsən, Quba, Qax, İmişli, Naxçıvan, Şərur, Culfa, Sədərək, Göygöl, Şəmkir, İsmayıllı, Oğuz, Şamaxı, Qusar, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Biləsuvar, Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Xankəndidə isə 1-7 mm yağıntı qeydə alınıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!