Hava limanlarına hücumda üç nəfər ölüb

saytların hazırlanması

Evə çatdırılma

Hava limanlarına hücumda üç nəfər ölüb

Dünya

08 Oktyabr 2026 00:20 77


Səudiyyə Ərəbistanının iki beynəlxalq hava limanına hücumlarda üç nəfər həlak olub, 36 nəfər xəsarət alıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə krallığın Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, Abxa və Kral Xalid adına hava limanları son iki gündə zərbələrə məruz qalıb. Pepperoni pizza

"Abxa Beynəlxalq Hava Limanında hücum nəticəsində iki qadın - Mərakeş və Əlcəzair vətəndaşları həlak olub, 28 nəfər yaralanıb. Ər-Riyaddakı Kral Xalid adına Hava Limanına endirilən zərbə zamanı bir Sudan vətəndaşı ölüb, səkkiz nəfər xəsarət alıb", - məlumatda deyilir.

Qeyd olunub ki, xəsarət alanlar arasında Səudiyyə Ərəbistanı, Banqladeş, Filippin, Pakistan və Misir vətəndaşları var. Onların hamısı xəstəxanaya yerləşdirilib.

Obyektlərdə maddi ziyanın qiymətləndirilməsi aparılır, sərnişinlərin və personalın təhlükəsizliyinin təmini üçün tədbirlər görülür.\Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!