Hava rekord həddə istiləşəcək   - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Hava rekord həddə istiləşəcək - XƏBƏRDARLIQ

Sosial

27 İyul 2021 11:03 4193


Yer kürəsində havanın temperaturunun artımı sürətlənir, bu ona gətirib çıxaracaq ki, ən yaxın onilliklərdə uzun müddətli istilərin intensiv dövrləri müşahidə olunacaq.

Yenisabah.az "Report”a istinadən xəbər verir ki, bu barədə "Axios” Sürixin Ali Texniki Məktəbinin tədqiqatına istinadən bildirib. "Əsas fikir ondan ibarətdir ki, biz qarşıdakı onilliklərdə istilərin rekordlarını daha çox üstələyəcək rekord həddə hazırlaşmalıyıq", - tədqiqatın iştirakçısı Erik Fişer bildirib.

Alimlər tədqiqatın gedişatında həmçinin müəyyənləşdiriblər ki, qeyri-adi isti hava istixana qazlarının atmosferə buraxılması ilə bağlı ola bilər. Qazların buraxılması göstəriciləri nə qədər çox olsa, istilik dövrü o qədər çox ola bilər. pizza hut

Tədqiqatçılar eləcə də qeyd ediblır ki, Yerdə orta illik hərarət hər onillik ərzində 0,18 dərəcə artır. Bu, əvvəlki 40 ildə müşahidə olunandan daha sürətlidir. Nəticələr alimlərin hesab etdiyi kimi, istixana qazlarının tullantılarını azaltmaq ehtiyacını göstərir.

Alimlər istixana qazlarının Yer kürəsinin iqlimini sürətlə dəyişdirdiyindən mövcud tədbirlərin yetərli olmayacağı fikrini də irəli sürüblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!