Həbsdən çıxan Səlim Müslümovun yeni işi bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Həbsdən çıxan Səlim Müslümovun yeni işi bəlli oldu

Sosial

29 Sentyabr 2026 11:44 95


Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Aviasiya Akademiyasında iqtisadiyyat müəllimi kimi fəaliyyətə başlayıb.

"Yeni Sabah" TodayPress TV-yə istinadən xəbər verir ki, bundan əvvəl o, 2019-cu ildə akademiyanın Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb.

S.Müslümov 2002-2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri, 2013-2018-ci illərdə isə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifələrində çalışıb. Toyuqlu pizza

İqtisad elmləri doktoru olan keçmiş naziri 2021-ci ilin fevralında saxlanılıb. O, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvətalma ittihamları ilə həbs olunub.

İstintaq müddətində dəymiş ziyanın böyük hissəsini ödəməsi və səhhətindəki problemlər nəzərə alınaraq S.Müslümov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!