Həkimdən valideynlərə   ÖNƏMLİ ÇAĞIRIŞ

saytların hazırlanması

Evə çatdırılma

Həkimdən valideynlərə ÖNƏMLİ ÇAĞIRIŞ

Sosial

17 Noyabr 2023 22:26 848


Paytaxtda və bölgələrdə yerləşən məktəblərdə bir sıra yoluxucu viruslar aşkarlanmağa davam edir. Mingəçevirdə uşaqlar arasında “Hepatit A” virusuna yoluxma halı qeydə alınıb. Bakıda isə bir sıra məktəblərdə qızılca və səpkili virusların yayıldığı deyilir.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan professor Adil Qeybulla sözügedən məsələ ilə bağlı açıqlama verib.

Həkim ilk olaraq “Hepatit A” virusu barədə məlumat verib: pizza hut

“İnfeksion sarılıq – hepatit A virusu əsas virus sayılır. Digər hepatit virusları isə ondan törəyənlərdir. Digərlərindən fərqli olaraq, hepatit A yoluxucu xarakterə malikdir. Əgər bir insanda bu virus aşkarlansa, o digərlərinin də həmin xəstəliyə yoluxma ehtimalı yüksəkdir. Bu virusa yoluxan şagirdlərin xəstəxanada yataq şəraitində müalicə alması mütləqdir. Həmin şagirdlərlə kim təmasda olubsa, onlar da müşahidəyə alınmalıdırlar”.

Professor bu cür yoluxucu xəstəliklərin ortaya çıxma səbəblərinə toxunub:

"Belə xəstəliklərin ortaya çıxmasında başlıca səbəb valideynlərin övladlarını vaksinasiya prosesindən yayındırmasıdır. Uşaqların peyvənd olunmaması vaxt keçdikcə öz acı nəticələrini göstərir. Belə olduğu halda, uşaqlar arasında qızılca, göy öskürək və yanaşı epidemioloji xəstəliklər yayılmağa başlayır.

Səhiyyə sahəsinə nəzarət edən qurumlar vaksinasiya prosesində iştirak etməyən uşaqların valideynlərinin məsuliyyətə cəlb olunması üçün tədbirlər görməlidir. Həmin şəxslər barəsində ölçü götürülməlidir. Vaksinasiya prosesi milli proqramdır. Hər kəs buna əməl etməlidir. İnsanlar anlamalıdır ki, burada bir şəxsin təhlükəsizliyindən söhbət getmir. Burada məqsəd kollektiv təhlükəsizliyi təmin etməkdir.Valideynlər uşaqlarını bu prosesdən yayındırmamalıdır. Onlar vəziyyətin nə qədər ciddi olduğunu başa düşməlidirlər”.

Həkim həmçinin, qızılca xəstəliyinə yoluxan şagirdlər barəsində danışıb:

“Elə uşaqlar var ki, onların valideynləri qızılca xəstəliyinə yoluxmayıb. Şagirdlər arasında bu xəstəliyə yoluxma halları belə valideynlərin də qızılca olması ehtimalını gündəmə gətirir. Yaşdan asılı olmayaraq hər kəs ömründə azı 1 dəfə bu xəstəliyi keçirir. Ancaq yaş artdıqca bu proses daha da ağır keçir”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!