Həkimlərin maaşının artırılması ilə bağlı YENİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Həkimlərin maaşının artırılması ilə bağlı YENİ AÇIQLAMA

Sosial

17 Sentyabr 2026 15:17 250


Tibb işçilərinin maaş artımı bölgələrdə həkim çatışmazlığının həllinə təkan verəcək.

"Report" xəbər verir ki, bunu deputat Əhliman Əmiraslanov Milli Məclisin Səhiyyə komitəsinin iclasında deyib.

O xatırladıb ki, son zamanlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB kimi qurumların fəaliyyətinin optimallaşdırılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən bir neçə sənəd imzalanıb: Toyuqlu pizza

"Bu istiqamətdə hazırda kifayət qədər ciddi tədbirlər həyata keçirilir və həmin qurumlarda islahatlar aparılır. Biz əminik ki, bu islahatlar müsbət nəticələnəcək və effektini verəcək".

Deputat vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərinin əməkhaqqının artırılması təşəbbüsü ilə çıxış edib və bu təşəbbüs Prezident tərəfindən çox müsbət qarşılanıb, nəticədə 72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb:

"Tibb işçiləri bundan sonra kifayət qədər, yəni müvafiq əməkhaqqı alacaqlar. Bu, xüsusilə bölgələrdə çalışan tibb işçilərinə aiddir".

O qeyd edib ki, dəfələrlə parlamentdə bölgələrdə tibb işçilərinin qıtlığı barədə müzakirələr aparılıb:

"Xüsusilə həkim çatışmazlığı ilə bağlı səhiyyə komitəsində, plenar iclaslarda, dinləmələrdə bölgələrdə kadr və həkim çatışmazlığını müzakirə etmişik. Mən əminəm ki, tibb işçilərinin əməkhaqqının artırılması bu problemin həllinə böyük təkan verəcək".

Ə. Əmiraslanov deyib ki, bu addım nəticəsində tibb işçilərinin illik əməkhaqqı fondu 189 milyon manat artırılıb:

"Bu, çox böyük rəqəmdir. Mən hesab edirəm ki, bu, tibb işçilərinin maddi rifahının yüksəldilməsi istiqamətində atılmış çox mühüm addımlardan biridir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!