Arda Gülərin hərəkəti İspaniyanı qarışdırdı

saytların hazırlanması

Evə çatdırılma

Arda Gülərin hərəkəti İspaniyanı qarışdırdı

İdman

19 Oktyabr 2026 13:54 116


İspaniyanın tanınmış idman jurnalisti Kristobal Soriya "Real Madrid" – "Sevilya" matçındakı mübahisəli epizodla bağlı sərt bəyanatla çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, o, matç hakimlərini Madrid təmsilçisinə güzəştə getməkdə və qarşılaşmanın taleyini dəyişməkdə ittiham edib.

K.Soriya bildirib: "Real Madrid" 10 nəfərlə qalmalı idi. Biabırçılıq! Xose Mourinyonun göz yaşları və "Real Madrid"in hakimlərə qarşı media təzyiqi istənilən nəticəni verdi. Arda Gülərin açıq-aşkar dirsək zərbəsi qırmızı vərəqə ilə cəzalandırılmalı və "Real Madrid" 28-ci dəqiqədə 10 nəfərlə qalmalı idi. Bu qərar verilmədiyi üçün matçın qalan hissəsinin və bütövlükdə yarışın gedişatı təhrif olundu!" Toyuqlu pizza

Yeri gəlmişkən, Arda Gülər sözügedən epizoddan cəmi bir neçə dəqiqə sonra, matçın 30-cu dəqiqəsində komandasının ilk qoluna imza atıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!