Hər gün onların üzünə tüpürürlər...

saytların hazırlanması

Evə çatdırılma

Hər gün onların üzünə tüpürürlər...

Sosial

09 May 2023 15:35 3458


Ömür vəfa etsə, 2 il sonra Azərbaycan milli mətbuatının yaranmasının 150 ili tamam olacaq. Milli mətbuatımızın indiki yaşı da az deyil; 2 ay sonra 148 illiyini qeyd edəcəyik...

Bəli, məhz qeyd edəcəyik. Qeyd etmək necə olur? Bir yerı yığışırlar, çağlayırlar, coşurlar. Əvvəl çıxış edirlər, sonra sağlıq deyirlər. Hər ikisində də eyni sözləri deyirlər: "Mətbuat zamanın aynasıdır. Biz zamana güzgü tuturuq". 

Zaman isə hələ ki bizim əleyhimizə işləyir. Çünki biz zamana güzgü tutsaq da, öz üzümüzə güzgü tutmuruq. O güzgüyə baxmaqdan qorxuruq. Ordakı əksimizi görmək istəmirik.  Dördpendirli pizza

Niyə? 

Çünki orda Zərdabinin davamçılarını görə bilməyəcəyik. Orda Ay Zauru, Vay Zauru görəcəyik. 

Zərdabi olmaq arzusu ilə mətbuata gəlib sonradan dönüb Zaur olanları görəcəyik...

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov ötən həftə "Yeni Sabah"a müsahibə vermişdi. Şeyx səmimi adamdır, ağ ağ, qaraya qara deyir. Sonuncu müsahibəsində də belə etmişdi. Son illər çəkilən seriallardan danışarkən belə demişdi: "O seriallara baxan tamaşaçı bizim üzümüzə tüpürür". 

Siz pasiyentin çürüməkdə olan ayağını deyil, sağ ayağını kəsən həkimin bircə dəfə belə etirafda bulunduğunu eşitmisinizmi? 

Siz tikdiyi binanın 10-cu mərtəbəyə çatmamış əyildiyini görən mühəndisin bircə dəfə səhvini dilə gətirdiyinin şahidi olmusunuzmu? 

Siz ölmüş adamın "ifadəsi" əsasında saxlanılan şəxs haqda hökm verən hakimin nə vaxtsa peşmançılıq hissi keçirdiyini duymusunzumu? 

Siz canlı efirdə gəlinlə qaynının seksual həyatını müzakirə edən aparıcının bircə dəfə peşman olduğunu görmüsünüzmü? 

Siz camaatın evinə icazəsiz soxularaq atanın ögey qızına təcavüzünü həvəslə müzakirə edən yekəqarın ekspertlərin bircə dəfə utanıb-qızardığının şahidi olmusunuzmu? 

Demək istədyim odur ki, hər gün onların da üzünə tüpürürlər, amma xəbərləri olmur...

Seymur VERDİZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!