“Hər şeydən imtina etdim! Təyyarədə dostumun oğlu...” - Roza Zərgərli   + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Hər şeydən imtina etdim! Təyyarədə dostumun oğlu...” - Roza Zərgərli + VİDEO

Şou

26 Dekabr 2024 13:13 1071


"Təyyarə qəzasında tapılan soydaşlarımın yaxınlarına başsağlığı verirəm. Qazaxıstan bölgəsinə konsert turum başlayacaqdı. Amma mən hər şeydən imtina etdim. Atıraudakı konsertimi də ləğv etdim..."

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli deyib. O, qəzaya uğrayan təyyarədə dostunun oğlunun da olduğunu açıqlayıb:

"Təyyarədə dostumun oğlu da olub. Həmyerlilərimə və qazax, rus, qırğız qardaşlarıma başsağlığı verirəm. Düşünürəm ki, qərarımı başa düşəcəksiniz. Mənə dəstək olan bütün dinləyicilərə təşəkkürümü bildirirəm". Sezar pizza

Qeyd edək ki, qəza nəticəsində həyatını itirənlər arasında tanınmış qazax notariusu Qauhar Şaymerdenova və onun oğlunun da olduğu bildirilmişdi. Təyyarə qəzası bölgədə dərin üzüntü doğurub və bir çox tanınmış şəxslər bu faciə ilə bağlı başsağlığı mesajları yayımlayıblar.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!