HƏRBİ XİDMƏT: 6 ay məcburi, 6 ay ödənişli?

saytların hazırlanması

Evə çatdırılma

HƏRBİ XİDMƏT: 6 ay məcburi, 6 ay ödənişli?

Sosial

18 Sentyabr 2026 14:49 1077


Azərbaycanda məcburi hərbi xidmət müddətinin 6 aya endirilməsi, əlavə 6 ayın isə ödənişli əsaslarla təşkil olunması təklifi zaman-zaman ictimai müzakirələrə çıxarılır. Belə bir modelin tətbiqi həm hərbi xidmətə çağırış sisteminə, həm də Silahlı Qüvvələrin şəxsi heyətə olan tələbatına təsir göstərə bilər.

Bəs Azərbaycanda hərbi xidmətin bu formada təşkili mümkündürmü? Hazırda hərbi xidmət müddətinin dəyişdirilməsi ilə bağlı hər hansı müzakirə aparılırmı?

“Yeni Sabah” xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, müxtəlif ölkələrdə fərqli müddətli hərbi xidmət modelləri tətbiq olunur. Sezar pizza

Ekspertin sözlərinə görə, hərbi xidmət müddətinin müəyyənləşdirilməsi ölkənin Silahlı Qüvvələrinin şəxsi heyətə olan tələbatı, ordunun qarşısında duran vəzifələr və mövcud təhlükəsizlik çağırışları nəzərə alınmaqla həyata keçirilməlidir.

“İstənilən ölkədə müxtəlif müddətli hərbi xidmətə çağırış modeli formalaşdırıla bilər. Lakin bu model ölkənin Silahlı Qüvvələrinin çağırışçı sayına olan tələbatına, ordunun qarşısında duran vəzifələrə və mövcud ola biləcək təhdidlərin aradan qaldırılmasına uyğun gəlməlidir.

Hazırda nə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, nə parlamentin müvafiq komissiyasında, nə də digər güc strukturlarında hərbi xidmət müddətinin dəyişdirilməsi ilə bağlı müzakirələr aparılır”, – deyə Ə.Verdiyev bildirib.

Hərbi ekspert hesab edir ki, Azərbaycanın mövcud regional vəziyyəti nəzərə alınmaqla hərbi xidmət müddətinin qısaldılması məsələsinin müzakirəsi hələ tezdir. Onun fikrincə, regionda davam edən münaqişələr və mövcud təhlükəsizlik çağırışları bu məsələyə daha ehtiyatlı yanaşmağı tələb edir.

“Sağımızda və solumuzda uzun müddət davam edən münaqişələr arasında qalan Azərbaycanın indiki vəziyyətində hərbi xidmət müddətinin qısaldılması məsələsinin müzakirəsini bir qədər erkən hesab edirəm. Bu müzakirələr gələcəkdə mümkün ola bilər. Amma daha əvvəl qeyd etdiyim kimi, ətrafımızda baş verən münaqişələr başa çatandan və regional sülh tam həcmdə təmin olunandan sonra buna bənzər məsələləri müzakirə edə bilərik”, – deyə ekspert vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!