Həsən Həsənov: Mənim yazılarım da oxunmur

saytların hazırlanması

Evə çatdırılma

Həsən Həsənov: Mənim yazılarım da oxunmur

Sosial

22 Sentyabr 2026 15:39 129


“Naxçıvan barədə ermənilər özlərini həlak edirlər ki, Naxçıvan erməni şəhəridir.

"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, bu sözləri tarix elmləri doktoru Həsən Həsənov deyib.

O əlavə edib: "Deyirlər ki, Klavdi Ptolomey Naxsuananın Ermənistanda yerləşdiyini qeyd edib. Mən isə Ptolomeyin kitabını tapdım, oxudum. Doğrudan da, ikinci əsrdə yaşamış ən dahi coğrafiyaşünas Ptolomey deyib ki, Ermənistanda Naxsuana şəhəri var. Lakin bir “əmma” var. pizza mizza

“Əmma” budur ki, Ptolomey bu Naxsuananın Yefrat, yəni Fərat çayının üzərində yerləşdiyini yazıb. Bunu mən 10 dəfə demişəm, hətta naxçıvanlılara da. Erməniyə başa salmaq lazımdır ki, sənin Naxçıvanın Fərat çayı üzərindədir. Sən isə Araz çayından danışırsan”.

Bir nəfər belə yazmır ki, Ptolomey deyən Naxçıvan Araz çayının üzərində deyil. Bəs Araz çayı üzərində Naxçıvan var idi? Bəli, onun adı Nazadadır. Ptolomey “Nazava” sözünü yazıb. Ərəblər bizim Naxçıvana “Naşava” deyiblər. Bu haqda Ziya Bünyadov da, Nailə Vəlixanlı da yazıb.

Nailə xanımla danışanda dedi ki, həqiqətən də, “Nazava” ərəblər tərəfindən “Naşava” kimi oxuna bilər. Nazavanın doğrudan da Naxçıvan olduğu sübut olunur. Ptolomey yazır ki, Nazava şəhərinin yanında Əlincə qalası yerləşir. Bizim tərəfimizdən istifadə olunmayan belə paradokslar var. Mənim yazılarım da oxunmur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!