“Udinlərin Albaniyanın yeganə varisi hesab edilməsi böyük səhvdir. Hamımız Albaniyanın varisiyik. “Yeganə” sözü artıqdır”.
"Yeni Sabah" xəbər verir ki, bu sözləri tarix elmləri doktoru Həsən Həsənov Media və Yayım Şurasında "Qafqaz Albaniyasının irsinə tarixi baxış" mövzusunda keçirilən seminarda deyib.
Onun sözlərinə görə, udinlərin fərqi xristianlığı qoruyub saxlamaqlarındadır: “Albaniya tarixinin xeyli problemləri var, çünki ayrı-ayrılıqda tədqiq edilib. Kifayət qədər deyil. Sezar pizza
Azərbaycan məktəblərində tədris olunan tarix dərsliklərində problem çoxdur. Elm və Təhsil Nazirliyinə məktub da yazmışam, tənqid etmişəm. Mən də gileyliyəm ki, nazirlik bu problemi həll etmir. Dərsliklərlə bağlı 40 mövzu qaldırmışam. Məni dinləsinlər, araşdırmasınlar, dəyişikləri etsinlər”.
Telegram kanalımız