Mərhum deputat Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva onun vəfatının üçüncü ildönümü ilə bağlı paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, Kəmalə Paşayeva sosial media hesabında bacısına ünvanladığı sözləri bölüşüb.
O, paylaşımında Qənirə Paşayevanın yoxluğunun üç ildir həyatında dərin iz buraxdığını qeyd edib: pizza mizza
“Canım bacım, bu gün sənsizliyin üçüncü ili. Üç il əvvəl həyat hamı üçün davam etdi, amma mənim dünyamda bir şey sonsuza qədər əskik qaldı: sən.
İnsan ən sevdiyini itirəndə zamanın ağrını yüngülləşdirəcəyinə inanmaq istəyir. Amma bəzi acılar keçmir, sadəcə insanın içinə yerləşir. Mənim qəlbim üç ildir səninlədir, bacım.
Sənin üçün sadəcə darıxmıram. Səsini, baxışını, gülüşünü, mənə ‘Kəmalə’ deyə səslənməyini istəyirəm. Sən mənim yalnız bacım deyildin. Uşaqlığım, gəncliyim, sirdaşım, yol yoldaşım və həyat müəllimim idin. Güclü dayanmağı, mübarizə aparmağı və yıxıldığım yerdən yenidən qalxmağı səndən öyrəndim.
İnsanlara toxunmağın, onların dərdini öz dərdin kimi bilməyin nə demək olduğunu səndə gördüm. Sən özünü Vətəninə, millətinə və türk dünyasına həsr etmişdin. Azərbaycan və türk dünyası sənin ən böyük sevdan, Qarabağ isə ürəyinin heç dinməyən yarası idi.
İllərlə dünyanın müxtəlif yerlərində Azərbaycanın həqiqətlərindən, Qarabağdan, yurdlarından didərgin salınan insanlardan, şəhidlərdən və qazilərdən danışdın. Bəzən xalqının səsi oldun, bəzən bir ananın göz yaşını sildin, bəzən də bir uşağın təhsilinə və bir xəstənin müalicəsinə kömək etməyə çalışdın.
Sənin üçün siyasət, millət vəkilliyi və tanınmış olmaq məqsəd deyildi. Bunların hər biri insana, Vətənə və xalqa xidmət etmək üçün vasitə idi. Və sənin bir başqa böyük sevdan var idi”.
Qeyd edək ki, Qənirə Paşayeva 2023-cü ildə səhhətində yaranan ciddi problemlərlə əlaqədar müalicə aldığı xəstəxanada vəfat edib.
Aydan Hacı
Telegram kanalımız