Həyətində narkotik becərən İsmayıllı sakini saxlanıldı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Həyətində narkotik becərən İsmayıllı sakini saxlanıldı - Fotolar

Kriminal

26 İyun 2021 10:15 893


İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, rayonun Qubaxəlilli kəndində Emil Quliyevə məxsus fərdi yaşayış evində çətənə kollarının becərilməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Həmin ünvan əməliyyat nəzarətinə götürülüb və keçirilən tədbirlər nəticəsində E.Quliyev iş başında, yəni narkotik tərkibli bitkilərə qulluq edərkən saxlanılıb. Həyətyanı sahəyə baxış keçirilən zaman oradan ümumi çəkisi 3 kiloqrama yaxın olan 25 ədəd çətənə kolu aşkarlanıb və onlar qablaşdırılaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, E.Quliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!