Ötən gecə vəfat edən görkəmli dövlət xadimi, yazıçı-dramaturq Hidayət Orucov yüksək vəzifəli şəxsin yaxın qohumudur.
“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, o, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dayısıdır.
Ə.Vəliyev əvvəllər mədəniyyət nazirinin müavini vəzifəsində çalışıb. Marqarita pizza
Qeyd edək ki, görkəmli yazıçı-dramaturq, publisist, tərcüməçi, dövlət xadimi və diplomat, Əməkdar incəsənət xadimi Hidayət Orucov iyunun 13-də Türkiyənin İstanbul şəhərində, ömrünün 82-ci ilində vəfat edib. Onun cənazəsi Azərbaycana gətiriləcək və Bakıda dəfn olunacaq.
Telegram kanalımız