Hörmüzdə iki gəmi vuruldu, ölən və yaralılar var

saytların hazırlanması

Evə çatdırılma

Hörmüzdə iki gəmi vuruldu, ölən və yaralılar var

Dünya

14 İyul 2026 10:25 76


İranın pilotsuz raketləri Omanın ərazi sularında iki neft tankerini hədəfə alıb.

"Yeni Sabah" xəbər verir ki, BƏƏ Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində yaydığı məlumatda hücumun Hörmüz boğazının cənub keçidində, Omanın ərazi sularında qeydə alındığını açıqlayıb.

Məlumata görə, "Mombasa" və "Əl-Bəhiyə" tankerləri İranın iki pilotsuz raketi ilə vurulub. Hücum nəticəsində "Mombasa" tankerinin heyət üzvlərindən biri - Hindistan vətəndaşı həlak olub. Daha səkkiz nəfər xəsarət alıb. Yaralılardan dördünün vəziyyəti ağırdır. Xəsarət alanlardan altısı Hindistan, ikisi isə Ukrayna vətəndaşıdır. pizza mizza

Bildirilib ki, raket zərbələrindən sonra hər iki gəmidə yanğın baş verib və tankerlərə maddi ziyan dəyib. Operativ müdaxilə nəticəsində yanğınlar tam söndürülüb.

BƏƏ Müdafiə Nazirliyi bəyan edib ki, ölkənin silahlı qüvvələri tam döyüş hazırlığı vəziyyətindədir. Qurum dövlətin təhlükəsizliyinə və sabitliyinə yönələn istənilən təhdidə qarşı qəti tədbirlər görüləcəyini vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!