Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq edirlər
"Yeni Sabah" Əl-Cəzirə-yə istinadla xəbər verir ki, onların hərbi sözçüsü Yəhya Sari bildirib:
"Cinayətkar Səudiyyə düşməninə qarşı "göz qarşısına göz" prinsipi əsasında dəniz blokadası elan edirik. Bu qərar bu bəyanatın dərc olunmasından dərhal sonra qüvvəyə minir". Pepperoni pizza
Y.Sari qeyd edib ki, Yəmən limanlarının blokadası və paytaxtın Səna şəhərindəki beynəlxalq hava limanına edilən hücum cavabsız qala bilməz:
"Yəmənlilərin bu qanunsuz mühasirəyə və təcavüzə bütün mümkün vasitələrlə müqavimət göstərmək hüququ var".
Husi lideri Əbdül-Malik əl-Husi ötən həftə Səudiyyə Ərəbistanının ABŞ, İsrail və Böyük Britaniya ilə onların maraqları naminə əməkdaşlıq etdiyini və Ər-Riyadın Yəmənə qarşı aqressiv mövqe tutduğunu bildirib.
O vəd edib ki, əgər Səudiyyə Ərəbistanı Yəmənə qarşı vəziyyəti gərginləşdirərsə, Husilər krallığın neft və digər həyati əhəmiyyətli obyektlərinə zərbələrlə cavab verəcəklər.
Telegram kanalımız