Sosial şəbəkələrdə Türkiyənin əfsanəvi müğənnisi İbrahim Tatlısəsin vəfat etdiyi barədə xəbərlər yayılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Haberler” məlumat yayıb.
Qeyd olunub ki, yayılan məlumatlar heç bir rəsmi mənbəyə əsaslanmır və ictimaiyyətdə narahatlıq yaradıb. Marqarita pizza
Tatlısəsin yaxın çevrəsi bildirib ki, “İmperator” ləqəbli sənətçi hazırda ev şəraitində həyatına davam edir.
Xatırladaq ki, 1952-ci ildə anadan olan İbrahim Tatlısəs son illərdə bir sıra ciddi hadisələrdən – 2011-ci ildə silahlı hücumdan və 2022-ci ildə Bodrumda keçirdiyi avtomobil qəzasından sonra uzunmüddətli müalicə alıb.
Hadisələr nəticəsində onun hərəkət və nitq qabiliyyətində müəyyən çətinliklər yaranmışdı, lakin o, reabilitasiya dövrünü uğurla başa vurub.
Telegram kanalımız