Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Qızılağac kəndində 44 günlük Vətən müharibəsi Şəhidi Cavad Babayevin valideynlərini ziyarət edib.
“Yeni Sabah” xəbər verir ki, A.Əhmədov şəhidin bacısı uşaqlarına müxtəlif hədiyyələr bağışlayıb, valideynlərin hal-əhvalı və səhhəti ilə maraqlanıb.
Qeyd edək ki, şəhid Cavad Gülverdi oğlu Babayev 28 noyabr 1998-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadan olub. 44 günlük Vətən müharibəsi zamanı Cəbrayıl, Qubadlı və digər bölgələrdə düşmənə ağır zərbələr endirib və həmin rayonların alınmasında böyük şücaət göstərib. Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə şəhadətə qovuşub. Sezar pizza
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Cavad Gülverdi oğlu Babayev ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü" , “Qubadlının azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Nazim Hacıyev
Telegram kanalımız