600 manatadək gəliri olan ailələr üçün mühüm təklif – Sənədsiz evlər...

saytların hazırlanması

Evə çatdırılma

600 manatadək gəliri olan ailələr üçün mühüm təklif – Sənədsiz evlər...

Sosial

27 Noyabr 2026 12:28 74


Milli Məclisin plenar iclasında Mülki Məcəllədə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat 2015-ci il fevralın 6-dək tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin dövlət qeydiyyatı üçün əsas sayılmasına dair müddəanın əlavə olunmasını dövlətin amnistiya siyasətinin növbəti humanist nümunəsi kimi qiymətləndirib. Bununla belə, layihənin neçə vətəndaşı əhatə edəcəyinə dair statistik məlumatların yenilənməsinə ehtiyac olduğu vurğulanıb.

"Yeni Sabah" xəbər verir ki, daşınmaz əmlakın dövlət reyestri sahəsində uzun illərdir davamlı islahatların aparıldığı xatırladılaraq qeyd olunub ki, 2011-ci ildə Bakı və ətraf qəsəbələrdə 114 minə yaxın vətəndaşın əmlak hüququ təsbit edilib, 2015-ci il 13 yanvar və 2023-cü il 14 iyun tarixli fərmanlarla bir sıra sənədlərin hüquqi əsas kimi qəbul edilməsi və təhlükəsizlik tələblərinə cavab verən qeyri-yaşayış obyektlərinin rəsmiləşdirilməsi üçün mexanizmlər yaradılıb.

Lakin rəsmi rəqəmlərə görə, 2025-ci ilin oktyabrınadək daxil olan təxminən 19 min müraciətdən yalnız 4 minə yaxınının reyestrdə qeydiyyata alınması dövlət qurumları arasında məlumat mübadiləsinin və texniki rəylərin alınması prosesinin sürətləndirilməsini zəruri edir. İnternetdən sifariş

Prezidentin 2025-ci il 16 iyul tarixli fərmanının da 2001-ci il yanvarın 1-dək verilmiş torpaqayırma qərarları və təsərrüfatbaşına kitablardan çıxarışlar əsasında on minlərlə mülk sahibinə çıxarış almaq imkanı yaratdığı diqqətə çatdırılıb. Eyni zamanda, Bakı və Abşeron ərazisində qeydiyyata alınmamış fərdi yaşayış evləri ilə bağlı aparılmış son araşdırmanın nəticələrinə istinad edilərək bildirilib ki, sənədsiz evlərdə yaşayan ailələrin təxminən 70 faizi 10 ildən çoxdur həmin ünvanda məskunlaşıb və onların əhəmiyyətli hissəsini aylıq gəliri 600 manata qədər olan aztəminatlı və orta gəlirli ailələr təşkil edir.

Sənədsiz evlərin böyük əksəriyyətinin kommunal xidmətlərlə təmin olunmasına baxmayaraq, rəsmi sənədin olmaması vətəndaşların alqı-satqı, vərəsəlik və kredit imkanlarını məhdudlaşdırır. Bu problemin köklü həlli üçün mərhələli amnistiya və bütün məlumatları birləşdirən vahid dövlət proqramının hazırlanması, qeydiyyata yararlı əmlakın məhkəməyə müraciət etmədən sadələşdirilmiş qaydada rəsmiləşdirilməsi, təhlükəli və mübahisəli zonalardakı sakinlərə isə alternativ həll yollarının təklif olunması vacib hesab edilib. Çıxışda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin bu sahədə tarixi qərarların qəbulu üçün əlverişli zəmin yaratdığı vurğulanıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!