QHT-lərin fəaliyyəti məhkəməsiz dayandırıla bilər – Yeni qaydalar nədir?

saytların hazırlanması

Evə çatdırılma

QHT-lərin fəaliyyəti məhkəməsiz dayandırıla bilər – Yeni qaydalar nədir?

Sosial

27 Noyabr 2026 12:22 55


Milli Məclisin plenar iclasında “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna təklif olunan dəyişikliklər müzakirəyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

 "Yeni Sabah" xəbər verir ki, yeni dəyişikliklərə əsasən, yerli QHT-lərin, eləcə də xarici QHT-lərin filial və nümayəndəliklərinin fəaliyyətinin bir ilədək müddətə dayandırıla biləcəyi yeni hallar müəyyənləşdirilir.

Qanun layihəsinə görə, fəaliyyətin dayandırılmasına səbəb olan hallar sırasına xarici dövlətlərin QHT-lərinin filial və nümayəndəlikləri ilə bağlanmış sazişin qüvvədə olma müddətinin bitməsi və bu müddətin uzadılması ilə bağlı müraciətin daxil olması, təşkilatların öz fəaliyyətinin şəffaflığını təmin etməməsi, həmçinin korrupsiya hüquqpozmalarının, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi üzrə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin yerinə yetirilməməsi daxil edilib. Online alış-veriş

Bundan əlavə, ictimai birliyin icra orqanı, fondun prezidenti və ya idarə heyəti, eləcə də xarici QHT-lərin yerli filial və nümayəndəliklərinin rəhbərlərinin səlahiyyət müddəti bitdikdən sonra üç ay ərzində hüquqi şəxslərin dövlət reyestrində müvafiq dəyişiklik edilməməsi də fəaliyyətin dayandırılması üçün əsas hesab olunacaq.

Dəyişikliyə əsasən, sadalanan hallar baş verdikdə QHT-lərin, habelə xarici QHT-lərin filial və nümayəndəliklərinin fəaliyyəti məhkəmə qərarı ilə deyil, bilavasitə müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə dayandırıla biləcək.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!