İcra Hakimiyyətinin həyətindən 1000 manatlıq oğurluq

saytların hazırlanması

Evə çatdırılma

İcra Hakimiyyətinin həyətindən 1000 manatlıq oğurluq

Kriminal

07 İyun 2021 13:40 1013


Xəzər Rayon İcra Hakimiyyətinin həyətindən oğurluq olub.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Əlahiddə Çevik Polis Alayı və Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 5-də İcra Hakimiyyətinin həyətindəki işıq dirəklərindən 1000 manat dəyərində 20 ədəd plafon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, ruhi xəstə, əvvəllər məhkum olunmuş F.Qasımov saxlanılıb. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!