İki avtobusla bağlı   yeni qərar verildi

saytların hazırlanması

Evə çatdırılma

İki avtobusla bağlı yeni qərar verildi

Sosial

25 Sentyabr 2026 13:17 121


Bakının Suraxanı rayonunda aparılan təmir işləri ilə əlaqədar 50 və 64 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, İlqar Musayev küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. pizza

Məhdudiyyət səbəbindən 50 və 64 nömrəli marşrutların hərəkəti Lütfi Zadə, Səməd bəy Mehmandarov və Abbas Fətullayev küçələri ilə təşkil edilib.

Dəyişikliyin təmir işləri başa çatanadək qüvvədə olacağı bildirilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!