İki gün üçün 5 çörəyi kimlər alıb?
06 İyn 2020 11:24
602

İki gün üçün 5 çörəyi kimlər alıb?

İqtisadçı ekspert Samir Əliyev iyunun 5-də Bakıda çörək növbəsi zamanı vətəndaşlar arasında yaranan qalmaqala münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, ekspert çox çörək alanların daha çox kasıblar olduğunu vurğulayıb:

"Heç kim 2 gün üçün 5 günlük çörək normasını almaz. Ən azı ölkədə un, makaron məmulatı və qarabaşaq (qreçka) qıtlığı yoxdur. Kimsə 2 gün üçün 5 çörək alırsa, deməli, onlar həqiqətən çörəyi çox istehlak edirlər. Çünki onların zəngin olmayan qida rasionu əsasən çörəkdən ibarətdir. Çeşidli və bahalı qida rasionuna malik imkanlılar üçün bunu anlamaq çətindir".

S.Əliyev qeyd edib ki, Azərbaycanda rəsmi statistikaya görə, ailələr orta hesabla 4 nəfərdən ibarətdir. Və bu 4 nəfər şam yeməyi (cümə), səhər-nahar-şam (şənbə), səhər-nahar-şam (bazar) və ən azı səhər yeməyi (bazar ertəsi) üçün çörəyə olan tələbatını ödəməlidir. 

Oxşar xəbərlər