İki nəfər ölüb, yaralılar var -   FOTOLAR-YENİLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

İki nəfər ölüb, yaralılar var - FOTOLAR-YENİLƏNDİ

Hadisə

08 İyun 2026 15:16 418


Goranboy rayonunda iki avtomobilin toqquşması nəticəsində yaralananların sayı açıqlanıb.

TƏBİB-dən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 13:00 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (1-i kişi, 1-i qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

“Onlara sağ bazu sümüyünün yerdəyişmə ilə sınığı və başın alın-təpə nahiyəsinin genişsahəli kəsilmiş yarası, sol bud sümüyünün yerdəyişmə ilə sınığı diaqnozu təyin edilib. Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım bölməsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir”. pizza mizza

Qeyd edək ki, hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Aytac Əliyeva

***

14:22

Goranboy rayonunda iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Səmədabad kəndinin ərazisində qeydə alınıb.

"VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Onlar yaxınlıqda yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.

Hadisənin səbəbləri araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!