Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Hacıqabul və Ağdaş rayonlarında yeni tam orta məktəblərin tikintisi ilə bağlı işlər həyata keçirir.
“Yeni Sabah” xəbər verir ki, Hacıqabul rayonunun M.Ağayev adına Navahı kəndində 360 şagird yerlik tam orta məktəbin tikintisi işlərinə 5 milyon 250 min 715 manat ayrılıb.
Ağdaş şəhər 8 nömrəli 432 şagird yerlik tam orta məktəbin tikintisi işləri üçün ayrılan vəsaitin həcmi isə 5 milyon 566 min 157 manat təşkil edib. Dominos pizza
Ümumilikdə hər iki məktəbin tikintisinə 10,8 milyon manatdan çox vəsait yönəldiləcək.
Cəlalə Cəlalqızı
Telegram kanalımız