Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem ilə görüşüb.
"Yeni Sabah" xəbər verir ki, söhbət zamanı hər il olduğu kimi, bu dəfə də paytaxtımızda "Formula-1" yarışlarının yüksək səviyyədə təşkil edildiyi bildirilib.
Ölkəmizin turizm potensialının təbliği baxımından bu yarışların əhəmiyyəti vurğulanıb. pizza mizza
Görüşdə Beynəlxalq Avtomobil Federasiyasının Azərbaycan Avtomobil Federasiyası və klublar ilə əməkdaşlığından məmnunluq ifadə edilib, tərəfdaşlığın perspektivləri müzakirə olunub.
Telegram kanalımız