İlham Əliyev daha bir rekordu qırdı  - “Su içmədən 4 saat ...“
26 Fev 2021 17:45
620

İlham Əliyev daha bir rekordu qırdı - “Su içmədən 4 saat ...“

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Xocalı qətliamının ildönümü ilə əlaqədar azərbaycanlı, türk və xarici jurnalistlərlə mətbuat konfransı keçirib.

Azərbaycan Prezidenti 24 televiziya kanalı tərəfindən canlı yayımlanan və dünyanın dörd bir yanından 100-ə yaxın yerli və xarici jurnalistin qatıldığı mətbuat konfransında jurnalistlərin suallarını 4 saat cavablandıraraq, dünya rekordunu qırıb.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə mətbuatı qeyd edib.

Görüşdə Amerika, Böyük Britaniya, İran, İspaniya, Türkiyə, Rusiya və digər ölkələrdən gələn 100-ə yaxın jurnalist iştirak edib.

Prezident su belə içmədən bir-birinin ardınca 4 dildə verilən sualları cavablandıraraq, dünya mətbuatının rəğbətini qazanıb.

24 televiziya kanalının canlı yayımladığı konfransda ara verməyən Prezident ana dili ilə yanaşı, ingilis, rus, Türkiyə türkcəsində verilən sualları cavablandırıb. İlham Əliyevin fransız dilini də bildiyi ifadə edilib.

Pandemiya səbəbindən onlayn olaraq keçirilən mətbuat konfransında İlham Əliyev Qlobal Jurnalistlər Şurasının (KGK) təşkilatı ilə Bakıya gələn xarici jurnalistlərin suallarını da diqqətsiz qoymayıb.

KGK İdarə Heyətinin sədri Mehmet Ali Dim, Prezidentin 4 saatlıq fasiləsiz konfransla dünya rekordu qırdığını söyləyib:

“Mən hələ belə bir səbirli lider görməmişəm. Bütün suallara səmimi cavab verdi. Azərbaycan xalqı çox şanslıdır. Bu cür təcrübəli və savadlı lider hər ölkədə ola bilməzdi”.

Londonda fəaliyyət göstərən jurnalist, KGK baş katibinin müavini Aynur Tattersall isə dünya liderləri ilə görüşməyin ortalama yarım saatdan 1 saata qədər davam etdiyini bildirib:

“25 ildir jurnalistəm, dünyanın dörd bir yanında mətbuat konfranslarını izləmişəm. Dünya liderinin hər suala jurnalistin öz dilində bu qədər uzun müddət cavab verdiyini ilk dəfədir görürəm”.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər