İlon Mask Ağ Evə qayıdır

saytların hazırlanması

Evə çatdırılma

İlon Mask Ağ Evə qayıdır

Dünya

19 Noyabr 2025 16:06 450


Donald Trampla aralarında aylarla davam edən gərginlikdən sonra İlon Mask yenidən Ağ Evə qayıdıb.

"Yeni Sabah" xəbər verir ki, onun dönüşü Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın şərəfinə verilən ziyafətə təsadüf edib.

Bu, onun Trampla mübahisələrdən sonra Ağ Evə ilk gəlişi sayılır. Marqarita pizza

Mask ziyafətdə ABŞ-nin tanınmış şirkətlərinin rəhbərləri – "Apple"dan Tim Kuk, "Nvidia"dan Censen Huand, "Pfizer"ən Albert Burla, "Citigroup"un rəhbəri Ceyn Freyzer və başqaları ilə yanaşı oturub.

FIFA prezidenti Canni İnfantino və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda oynayan oynayan Kriştiano Ronaldo da dəvətlilər arasında olub.

Mask Trampla eyni masada oturmasa da, onun tədbirdə iştirakı tərəflər arasındakı buzların əriyən ilk işarəsi kimi qiymətləndirilib. Keçmişdə Mask Trampla sərt şəkildə toqquşmuş, hətta onun impiçmentini tələb etmişdi. Lakin son aylarda qısa telefon danışığı və bir neçə tədbirdə ayaqüstü söhbətlər münasibətlərin yumşaldığını göstərib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!