İlqar Məmmədovdan məcburi hərbi xidmətlə bağlı mübahisə yaradacaq təklif

saytların hazırlanması

Evə çatdırılma

İlqar Məmmədovdan məcburi hərbi xidmətlə bağlı mübahisə yaradacaq təklif

Siyasət

09 İyul 2026 11:35 696


“Hərbi xidmətə çağırış çox ölkədə heç də səbəbsiz yerə ləğv edilməyib. Düzdür, beynəlxalq gərginliyin artdığına görə indi o ölkələrdə çağırışın bərpasını istəyən səslər güclənib, amma hələ ciddi addım yoxdur və olacağı da hazırda şübhə altındadır”.

“Yeni Sabah” xəbər verir ki, siyasətçi İlqar Məmmədov öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, futbolçularımızı dünya idman bazarına çıxarmaq istəyiriksə, hərbi xidmətlə bağlı məhdudiyyətlərin xarici klubların onlarla müqavilə bağlaması ehtimalını azaldacağını nəzərə almalıyıq: pizza hut

“İndiki dünyada hərbi xidmətə çağırış ciddi mənəvi böhran keçirir və məhz buna görə hələ 50 il əvvəl Qərbdə onu əsasən ləğv elədilər. Rusiya-Ukrayna savaşı ilə əlaqədar yaylan çoxsaylı "adamqaçırma" videoları da bu mənəvi böhranın dərinliyindən xəbər verir.

Bu gün bir azərbaycanlı futbolçunun Albaniyada oynadığı futbol klubuna qayıda bilməməsi haqda xəbərlər yayıldı. Hərbi xidməti keçmədiyi üçün onu ölkəmizdən buraxmırlar. İdman nazirliyi, AFFA və Qurban Qurbanov onu buraxmağı xahiş etsələr də... Belə bir fikir var ki, futbolçularımızı dünya idman bazarına çıxarmaq istəyiriksə, hərbi xidmətlə bağlı məhdudiyyətlərin xarici klubların onlarla müqavilə bağlaması ehtimalını azaldacağını nəzərə almalıyıq.

Bəs çözüm nə olsun? Xaricdə müqaviləsi olan futbolçulara çağırış şamil edilməsin? Onda çoxları Albaniyadan tutmuş Madaqaskara qədər klub tapıb müqavilə imzalayacaq, təki hərbi xidmətə getməsin. Yaxşı, futbolçu olmasın, olsun həndbolçu ya da yüngül atletika idmançısı. Onda necə? Onsuz da böyük sayda gəncimiz xaricdə təhsil adı ilə ölkədən gedib heç qayıtmır da. Onların xaricdə qalıb işləməsinin ölkəmizə yaşatdığı iqtisadi itkini hesablayan var?

İndiki zəmanədə gənc oğlanların həyatının 1 ilini məcburi hərbi xidmətdə keçirməsi tamamən məntiqsizdir. Ölkəmiz peşəkar orduya tam keçənə qədər hələlik hərbi təlim üçün qısa və hissələrə bölünə biləcək müddətlər qoyulmalıdır. Məsələn, Türkiyədəki kimi, 6 ay ərzində yetərincə hərbi təlim almaq olar, hətta bu müddəti iki hissəyə bölməklə. Eyni vaxtda, Azərbaycanda tam peşəkar orduya keçid də sürətləndirilməlidir”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!