İngiltərədə insanı parçalayan pələnglə bağlı qərar verildi

saytların hazırlanması

Evə çatdırılma

İngiltərədə insanı parçalayan pələnglə bağlı qərar verildi

Dünya

12 Oktyabr 2026 19:52 89


İngiltərədə pələngin hücumu nəticəsində bir nəfər həyatını itirib.

“Yeni Sabah” xəbər verir ki, hadisə oktyabrın 10-da Yorkşir bölgəsində yerləşən “Yorkshire Wildlife Park”da baş verib. Pələnglərin olduğu əraziyə daxil olan şəxs Altai adlı erkək pələngin hücumuna məruz qalaraq hadisə yerində ölüb.

Hadisədən sonra zooparkın ərazisi boşaldılıb və polis araşdırmaya başlayıb. pizza sifarişi

Zoopark rəhbərliyi oktyabrın 11-də açıqlama yayaraq Altai adlı pələngin öldürülməyəcəyini bildirib. Qeyd olunub ki, heyvan hücum zamanı xəsarət almayıb və insanlar üçün əlavə təhlükə yaratmır.

Rəhbərlik hadisə nəticəsində həyatını itirən şəxsin ailəsinə başsağlığı verib, hadisədən təsirlənən əməkdaşlara dəstək göstəriləcəyini açıqlayıb.

Sosial şəbəkələrdə yayılan iddialara görə, ziyarətçi pələnglə şəkil çəkdirmək istəyib və daha sonra heyvanın olduğu əraziyə daxil olub. Hadisənin dəqiq səbəbləri araşdırılır.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!