Türkiyənin texnologiya bazarında görünməmiş qiymət rekordu qeydə alınıb. Ölkə tarixində ilk dəfə olaraq bir smartfon modelinin üzərinə qoyulan ümumi vergi məbləği cihazın vergisiz satış qiymətini üstələyib. Söhbət yeni "iPhone Duo" modelindən gedir.
“Yeni Sabah” xəbər verir ki, aparılan son hesablamalara əsasən, cihazın vergisiz qiyməti təxminən 3 954 manat təşkil etdiyi halda, dövlət tərəfindən tətbiq olunan müxtəlif rüsum və vergilərin cəmi 4 096 manata çatıb. Nəticədə smartfonun rəsmi mağazalardakı son satış qiyməti 8 050 manat həddini keçib.
Məhsulun üzərinə qoyulan vergi yükünün təfərrüatlarına gəlincə, cihaza Mədəniyyət Nazirliyinə 1 faizlik pay üzrə təxminən 40 manat, Türkiyə Radio və Televiziya Qurumunun 12 faizlik bandrol haqqı üzrə təxminən 479 manat ödəniş tətbiq olunur. Bununla yanaşı, smartfonun qiymətinə təxminən 2 236 manat məbləğində Xüsusi İstehlak Vergisi və təxminən 1 342 manat həcmində Əlavə Dəyər Vergisi əlavə olunur. pizza mizza
Qeyd edək ki, sözügedən maliyyə hesablamaları 1 Türkiyə lirəsinin (TL) 0,035 Azərbaycan manatına (AZN) olan cari məzənnəsi əsasında aparılıb. Ekspertlər tətbiq olunan bu kaskad vergi sisteminin istehlakçıların alıcılıq qabiliyyətinə ciddi zərbə vurduğunu bildirirlər.
Nazim Hacıyev
Telegram kanalımız