İran kateri ABŞ gəmisini kor etməyə çalışıb - SENTCOM

saytların hazırlanması

Evə çatdırılma

İran kateri ABŞ gəmisini kor etməyə çalışıb - SENTCOM

Dünya

07 Dekabr 2022 09:47 592


İran patrul kateri Hörmüz boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərini öz projektorları ilə kor etməyə çalışıb.

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Kater Amerika gəmilərinin 150 yardından (137 metr), yəni təhlükəli dərəcədə yaxın məsafədən keçib və o, gecə saatında projektoru ilə kapitan körpüsünü kor etməyə çalışıb. pizza

"İslam İnqilabı Keşikçiləri Korpusunun dənizdə təhlükəsiz davranış üzrə beynəlxalq standartları pozub, - deyə CENTCOM-un məlumatında qeyd olunur. - Amerika ekspedisiya gəmisi "Lewis B. Puller" və idarə olunan raket esminesi "USS The Sullivans" səsli xəbərdarlıqlar və öldürücü olmayan lazerlərlə cavab verib".

ABŞ ordusunun məlumatına görə, insident dekabrın 5-də baş verib.

"Beynəlxalq sularda bu təhlükəli hərəkət İranın Yaxın Şərqdə sabitliyi pozan fəaliyyətlərinin göstəricisidir", - CENTCOM-un sözçüsü polkovnik Co Buccino bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!