Noyabrın 17-də doğma yurduna yola salınan köç karvanı Xocavənd şəhərinə və rayonun Quzeyxırman kəndinə çatıb.
“Yeni Sabah” xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 140 nəfərdən ibarət 36 ailəyə və rayonun Quzeyxırman kəndinə köçən 45 nəfərdən ibarət 12 ailəyə mənzillərinin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. İnternet mağaza
Telegram kanalımız