İrandan SƏRT XƏBƏRDARLIQ: “Regionu DAŞ DÖVRÜNƏ qaytaracağıq!”

saytların hazırlanması

Evə çatdırılma

İrandan SƏRT XƏBƏRDARLIQ: “Regionu DAŞ DÖVRÜNƏ qaytaracağıq!”

Dünya

01 Avqust 2026 18:44 102


İran İslam Şurası Məclisinin (Parlament) Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzayi ölkəsinə qarşı baş verə biləcək hərbi müdaxilənin bütün region üçün fəlakətli nəticələr doğuracağı ilə bağlı xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, iranlı deputat bu barədə özünün "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

İbrahim Rzayi bildirib ki, İranı qısa müddət ərzində məğlubiyyətə uğradıb təslim olmağa məcbur etmək xəyalları tamamilə cəfəngiyyatdır. O, bu fikrin İsrailin baş naziri Benyamin Netanyahu tərəfindən ABŞ prezidenti Donald Trampa aşılandığını iddia edib. Dördpendirli pizza

“Onlar düşünürlər ki, hərbi bazarların iki günlük bağlı olduğu ərəfədə bizə sürətli və həlledici zərbə endirməklə İranı təslim olmağa vadar edə biləcəklər. Bu, xülyadan başqa bir şey deyil”, – deyə Rzayi vurğulayıb.

İran rəsmisi təhdid dolu bəyanatını daha da kəskinləşdirərək əlavə edib ki, ölkəsinə qarşı hər hansı hərbi addım atılacağı təqdirdə Tehran “bütün regionu və onun bütün infrastrukturunu Daş dövrünə qaytaracaq”.

O, qarşı tərəfin öz maraqları naminə belə bir addımdan çəkinməsinin vacibliyini qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!