Ordu küçələrə çıxarıldı, təhlükəsizlik tədbirləri gücləndirildi

saytların hazırlanması

Evə çatdırılma

Ordu küçələrə çıxarıldı, təhlükəsizlik tədbirləri gücləndirildi

Dünya

01 Avqust 2026 19:27 101


İspaniyanın Şimali Afrikada yerləşən Seuta muxtar şəhərində davam edən miqrasiya böhranı fonunda təhlükəsizlik tədbirləri maksimum səviyyəyə qaldırılıb.

“Yeni Sabah” xəbər verir ki, son günlər Mərakeşdən kütləvi miqrant axını ilə üzləşən şəhərin əsas ərazilərinə hərbi qulluqçular, polis və Mülki Qvardiya əməkdaşları yerləşdirilib.

Məlumata görə, zirehli texnika və hərbi patrullar şəhərin mərkəzi meydanlarında, liman ətrafında, yanacaqdoldurma məntəqələrində, əsas küçələrdə və nəqliyyat qovşaqlarında növbə çəkirlər. Hüquq-mühafizə orqanları şübhəli bilinən şəxslərin sənədlərini yoxlayır, şəxsiyyətlərini müəyyənləşdirir, həmçinin insanların sıx toplaşa biləcəyi məkanların mühafizəsini gücləndirirlər. pizza sifarişi

İspaniya hökuməti yerli təhlükəsizlik qüvvələrinin yaranmış vəziyyəti təkbaşına idarə etməkdə çətinlik çəkməsi səbəbindən ordu bölmələrinin də cəlb olunmasına qərar verib. Rəsmi Madrid miqrasiya axınının nəzarət altına alınması üçün əlavə tədbirlərin davam etdirildiyini bildirir.

Qeyd edək ki, iyulun 30-da qısa müddət ərzində on minlərlə miqrant Mərakeşdən Seutaya piyada və dəniz yolu ilə keçməyə cəhd edib. İspaniya rəsmilərinin məlumatına görə, sonradan onların böyük hissəsi könüllü şəkildə Mərakeşə geri qayıdıb. Hadisələr zamanı onlarla insanın həlak olduğu bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!