“Hazırda siyasi müstəvidə İranla vəziyyət gərgin olduğu üçün oradan gələn qonaq sayı demək olar ki, yox dərəcəsindədir. Gələnlər də, əsasən, Türkiyə vasitəsilə ölkəyə daxil olur”.
Bu sözləri Yenisabah.az-a açıqlmasında turizm və otelçilik üzrə ekspert Cabir Dövlətzadə deyib.
O xatırladıb ki, Azərbaycanın quru sərhədləri bağlıdır: “Çünki iranlılar ölkəmizə, əsasən, avtomobillə səyahət edirdilər. Bu gün İranda yaranmış vəziyyətə görə isə onların kənara çıxmaq məsələsi də çox çətindir”. pizza hut
Mütəxəssis bildirib ki, bu gün otelçilər İran bazarından ciddi müştəri kütləsi gözləmir:
“Ümidimiz yalnız aprelin sonunda gələcək rusiyalılar və “Formula 1” ilə əlaqədar idman həvəskarlarıdır. Yaranmış vəziyyət hazırda belədir və otellərdə iranlı müştərilər tapmaq demək olar ki, qeyri-mümkündür”.
Ekspert qeyd edib ki, Azərbaycanda turizmin əsas bazarını rusiyalılar təşkil edir:
“Onlardan sonra isə ərəblər. Rusiya yaxın şimal qonşumuz olduğu üçün bu ölkədən gələn müştəri sayı hər zaman birinci yerdə olub.
Ümid edirik ki, mayın əvvəlində ən azı Gürcüstan və Türkiyə ilə quru sərhədlər açılar və turistlərin sayını müəyyən qədər artar. Çünki ekonom müştərilər ölkəyə daha çox avtomobil və avtobuslarla daxil olmaq istəyir.
Gürcüstandan Azərbaycana avtobus turları təşkil olunur və turistlər gedib orada turizm fəaliyyətlərindən yaralanırlarsa, Azərbaycanda da analoji prosesin olması təqdirəlayiq hal olardı”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız