İş dəftərləri alınmalıdır, yoxsa yox? - RƏSMİ CAVAB

saytların hazırlanması

Evə çatdırılma

İş dəftərləri alınmalıdır, yoxsa yox? - RƏSMİ CAVAB

Sosial

20 Sentyabr 2026 13:10 101


Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir.

“Yeni Sabah” İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər.

Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, bir ailədə iki və ya daha çox uşaq olanda maliyyə yükü daha da artır. Ekspertin sözlərinə görə, auditoriyadakı şagirdlərin hamısında iş dəftərlərinin olmaması mövzuların mənimsənilməsində və sinifdə balansın pozulmasına səbəb olur. O, bu problemin həlli üçün iş dəftərlərinin sponsorluq hesabına və ya qanunvericilik dəyişikliyi ilə şagirdlərə pulsuz verilməsini təklif edib. Dördpendirli pizza

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən isə bildirilib ki, məktəblərdə hər hansı əlavə tədris resursundan istifadə yalnız valideynlərin razılığı ilə həyata keçirilməlidir. İş dəftərlərinin alınması könüllü olmalı və heç bir halda məcburi xarakter daşımamalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!