İsa Həbibbəylinin istefa xəbəri yayıldı

saytların hazırlanması

Evə çatdırılma

İsa Həbibbəylinin istefa xəbəri yayıldı

Sosial

26 Yanvar 2026 15:55 23079


Sosial mediada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti İsa Həbibbəylinin istefa ərizəsi yazdığına dair məlumatlar yayılıb.

“Yeni Sabah” xəbər verir ki, Modern.az xəbərin həqiqəti əks etdirib-etdirmədiyini öyrənmək üçün AMEA ilə əlaqə saxlayıb. AMEA-dan İsa Həbibbəylinin işinin başında olduğu bildirilib.

“Dezinformasiyadır. Hazırda AMEA Rəyasət Heyəti Aparatında akademik İsa Həbibbəylinin iştirakı ilə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin hesabat yığıncağı keçirilir”, - deyə qurumdan əlavə edilib.  pizza

Xatırladaq ki, İsa Həbibbəyli 2022-ci ilin oktyabrında AMEA prezidenti seçilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!