İstanbul-Soçi bərə reysi açılacaq

saytların hazırlanması

Evə çatdırılma

İstanbul-Soçi bərə reysi açılacaq

Dünya

16 Dekabr 2022 15:52 1139


Soçi ilə Türkiyə arasında bərə reysinin 2023-cü ildə açılması planlaşdırılır.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə Soçi dəniz limanının rəhbəri Yuri Vladimirov danışıb.

“Bərələrə gəlincə, düşünürəm ki, avtomobillər, mikroavtobuslar, turist avtobusları olacaq. Bu istiqamətə tələbat var, indi fəaliyyətə başlayıb 2023-cü ildə bunu edəcəyik”, - deyə Vladimirov vurğulayıb. pizza hut

Bundan əvvəl Rusiya və Türkiyə İstanbul və Soçi limanları arasında dəniz sərnişin daşımalarının inkişafında maraqlı olduqlarını bəyan ediblər. Tərəflər aviasiya, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı sahəsində əməkdaşlıq məsələlərini nəzərdən keçirib, həmçinin yük bərə daşımalarında qarşılıqlı maraq ifadə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!