İstanbuldan köçən məşhur aktrisa yeni işə başladı – Hər kəsi təəccübləndirdi

saytların hazırlanması

Evə çatdırılma

İstanbuldan köçən məşhur aktrisa yeni işə başladı – Hər kəsi təəccübləndirdi

Şou

03 Sentyabr 2026 11:03 43


Türkiyəli məşhur aktrisa Burcu Biricik həyatında yeni qərar verib.

“Yeni Sabah” xəbər verir ki, “Camdakı Kız” serialında canlandırdığı Nalan obrazı ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan aktrisa aktyorluğa bir müddət ara verərək ailəsi ilə daha sakit həyat tərzinə üstünlük verib.

2024-cü ildə ana olan Burcu Biricik həyat yoldaşı Emre Yetkin və qızı Luna ilə birlikdə İstanbuldan Ayvalıka köçüb. Dördpendirli pizza

Aktrisanın yeni ünvanında fərqli fəaliyyətə başladığı məlum olub. Belə ki, o, həyat yoldaşı ilə birlikdə Ayvalıkda 5 otaqlı butik otel açıb.

Məlumata görə, cütlük bu addımı yalnız biznes məqsədilə deyil, həm də qızları Lunanı daha sakit və təbiətlə iç-içə mühitdə böyütmək üçün atıb.

Biricik xüsusilə yay aylarında vaxtının böyük hissəsini Ayvalıkda keçirir. Qış aylarında isə imkan tapdıqca ailəsi ilə birlikdə burada qalır.

Məşhur aktrisa oteli açmaq qərarının səbəblərindən danışarkən qızının böyüməsi üçün daha kiçik və təhlükəsiz mühit istədiklərini bildirib.

“Oranı yaratmağımızın məqsədlərindən biri də uşağımızı kənddə, daha kiçik və təhlükəsiz bir mühitdə böyütməkdir”, – deyə Biricik qeyd edib.

Aydan Hacı  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!