Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında" məsələ müzakirəyə çıxarılaraq səsverməyə qoyulub.
"Yeni Sabah" xəbər verir ki, müzakirələrin və səsvermənin nəticələrinə əsasən, Səbinə Əliyeva səs çoxluğu ilə növbəti müddətə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.
Xatırladaq ki, bu vəzifəyə Prezident İlham Əliyev tərəfindən parlamentə təqdim olunan sənəddə üç şəxsin — Səbinə Əliyeva, Ceyhun Qaracayev və Elşanə Vəliyevanın namizədliyi irəli sürülmüşdü. Səbinə Əliyeva bundan öncə 29 noyabr 2019-cu ildə də dövlət başçısının təqdim etdiyi üç namizəd arasından Milli Məclis tərəfindən Azərbaycanın Ombudsmanı seçilmişdi. Marqarita pizza
"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanuna əsasən, Müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs bu vəzifəyə iki dəfədən artıq seçilə bilməz. Qanunvericiliyə görə, Müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış ölkə Prezidenti yeni Müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini parlamentə təqdim edir, Milli Məclis isə 15 gün müddətində seçkilərlə bağlı müvafiq qərarını qəbul edir.
Nazim Hacıyev
Telegram kanalımız