Qərb Ərazi Baş Gömrük İdarəsinin Tovuz üzrə müvafiq struktur bölmələri ölkə ərazisinə qanunsuz yolla mobil telefonların keçirilməsi cəhdinin qarşısını alıb.
“Yeni Sabah” xəbər verir ki, hadisə “Qırmızı Körpü” gömrük postunda qeydə alınıb. Gürcüstan istiqamətindən gələn yük avtomobilinə vizual və texniki baxış keçirilən zaman nəqliyyat vasitəsinin dartıcı bölməsində xüsusi hazırlanmış gizli saxlanclardan bəyan olunmamış 433 ədəd mobil telefon aşkarlanaraq götürülüb.
Hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı təhqiqat və araşdırma tədbirləri davam etdirilir. Dominos pizza
Cəlalə Cəlalqızı
Telegram kanalımız