16 Avqust - 10:39
İsti havada ət yemək təhlükəlidir  - Dietoloqdan açıqlama

İsti havada ət yemək təhlükəlidir - Dietoloqdan açıqlama

Sağlamlıq

25 İyun 2022 13:19 2512


İsti havada ət yemək insan sağlamlığı üçün təhlükəlidir.

Yenisabah.az xəbər verir ki,bunu Ura.ru-ya müsahibəsində dietoloq, Estetik Kosmetologiya Mərkəzinin əməkdaşı Yelena Solomatina deyib. O, fikrini fizioloji səbəblərlə əlaqələndirib:

"İsti havalarda həzm yavaşlayır və qızardılmış ət uzun müddət bağırsaqlarda qalır. Mal əti, quzu və ya donuz əti ağırdır. Uzun müddət davam edən həzm prosesi onkoloji problemlərə səbəb ola bilər".

Elena Solomatina istidə maddələr mübadiləsinə kömək etməyi tövsiyə edir. Bunun üçün ət kababına tərəvəz əlavə etməyin vacib olduğunu deyir:

"Başqa bir vacib detal isə ətin kiçik hissələrə bölünüb yeyilməsidir. Yedikdən sonra həzm üçün vaxt verin. Yemək yediktən sonra kölgədə gəzin və ya badminton oynayın". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!