“Kanal S”in efiri 3 saatlıq dayandırılacaq - Qərar

saytların hazırlanması

Evə çatdırılma

“Kanal S”in efiri 3 saatlıq dayandırılacaq - Qərar

Sosial

04 İyul 2023 17:19 908


Bu gün Audiovizual Şuranın videoformatda iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, iclasda "Kanal S" televiziya kanalının efirində reklam qanunvericiliyinin tələblərinin pozulması faktı müzakirə olunub.

Regional yerüstü televiziya yayımçısı və peyk yayımı həyata keçirən platforma yayımçısı olan "Kanal S" televiziya redaksiyasının efirində 25 iyun 2023-cü il tarixində saat 17.00-18.00 arası 13 dəqiqə reklam yayımının həyata keçirilməsi ilə "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinin pozulmasına yol verilib. Toyuqlu pizza

Audiovizual Şura "Media haqqında" Azərbaycan Respublikası Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq "Kanal S" televiziya redaksiyasının proqramlarının yayımını 05 iyul 2023-cü il tarixdə 3 (üç) saatlıq müddətə (saat 09.00-dan saat 12.00-dək) dayandırılması barədə qərar qəbul edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!