Kardioloq 2500 manat tələb etməsi ilə bağlı yayılan iddialara CAVAB VERİB

saytların hazırlanması

Evə çatdırılma

Kardioloq 2500 manat tələb etməsi ilə bağlı yayılan iddialara CAVAB VERİB

Sosial

25 Sentyabr 2026 10:42 105


Ötən gün sosial şəbəkələrdə Mərkəzi Klinikanın Kardiologiya şöbəsinin müdiri Firdovsi İbrahimovla bağlı narazılıq dolu paylaşım yayılıb.

İnfarkt keçirən anasını təcili olaraq sözügedən tibb müəssisəsinə yerləşdirdiyini bildirən vətəndaş, icra olunan stent əməliyyatından sonra ondan əlavə 2500 manat tələb edildiyini iddia edib. Şikayətçinin sözlərinə görə, məsələyə etiraz bildirdikdən sonra tələb olunan məbləğ 1600 manata endirilib. O, həmçinin şöbə müdiri tərəfindən təhqirə məruz qaldığını bildirib:

“Sadəcə öyrənmək istədim ki, bu 1600 manat konkret hansı tibbi xidmətin haqqıdır və əgər bunu İcbari Tibbi Sığorta qarşılamırsa, mənə rəsmi, yazılı şəkildə təqdim edilsin. Lakin yazılı izahat vermək əvəzinə, Firdovsi İbrahimov ünvanıma 'sən bazar adamısan', 'alçaqsan', 'şərəfsizsən' kimi təhqiramiz ifadələr işlətdi”. pizza sifarişi

“Yeni Sabah” xəbər verir ki, kardioloq səsləndirilən bu iddialara münasibət bildirib.

“Çox dəyərli həmvətənlərim: Sosial mediada yayılan məlumat haqda gerçəyi bilmənizi istədim. Haqqında söhbət gedən, xəstəmiz səhər saat 6 radələrində ağır ürək çatışmazlığı ilə hemodinamik qeyri-stabil, kardiyogen şok vəziyyətində (qanda oksigen saturasiyası 70%, təzyiq -80/50mmHg, nəbz-133) Mərkəzi Klinikanın Təcili tibbi yardım şöbəsinə gətirilmişdir. Xəstə ağciyər ödəmində idi. Xəstə 60 yaşındadır. Yaxınlarına xəstənin vəziyyətinin ağırlığı barədə məlumat verilmiş və vəziyyətini stabilləşdirmək məqsədilə kardioreanimasyon təqibə alınmalı olduğu bildirilmişdir.

Məlum olduğu kimi, Mərkəzi Klinika təsərrüfat hesablı bir müəssisədir, burada tibbi xidmətlər əsasən ödənişli olaraq həyata keçirilir. Klinikamızdakı bəzi xidmətlər icbari tibbi sığorta çərçivəsində həyata keçirilsə də, Xidmətlər zərfinə daxil olmayan tibbi xidmətlər göstərildiyi halda ödəniş edilir.  Bu barədə xəstə yaxınına öncədən qəbul şöbəsi tərəfindən məlumat verilmişdir və razılıqları alınmışdır. Ödəmə və xidməti qəbul etdikləri haqda da razılıq sənədlərini imzalanmışdır.

Xəstə kardioreanimasiya şöbəsinə yerləşdirildikdən sonra, xəstənin vəziyyəti nəzərə alınaraq xəstə yaxınlarının ödəniş etməsi gözlənilmədən dərhal protokola uyğun müalicə başlanılmışdır. Bu müddət ərzində xəstənin oğlu qeydiyyat şöbəsində müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən yayınmışdır. Lakin buna baxmayaraq, xəstənin tam müalicəsini, evdən təcili olaraq gəlib, birbaşa özümün rəhbərliyimdə uğurlu şəkildə apardıq. Vəziyyəti nisbətən stabilləşdikdən sonra Angiyoqrafiya laboratoriyasına köçürüldü. Xəstənin hər üç damarlarında darlıqlar aşkar edildi və ana damarın kritik olması səbəbindən açıq ürək əməliyyatı zəruri idi. Ancaq xəstənin ümumi vəziyyəti buna imkan vermədiyi üçün cərrahiyənin çox riskli olması və əməliyyatın isə bir neçə gün sonra mümkün ola biləcəyi müəyyən edildi. Göründüyü kimi xəstənin həyatı təhlükədə idi, gözləmək isə xəstənin itirilməsi ilə nəticələnə bilərdi. Bu halda Mərkəzimizdə olan yüksək texnoloji imkanlarala ən müasir metodlar əsasında və peşəkar komandamız ilə  xəstəni cərrahi əməliyyat etmədən, invaziv müdaxilə ilə kritik vəziyyətdən çıxarmaq qərarı verdik.

Bu səbəbdən özüm və komandam yüksək məsuliyyət hissi ilə bir ananı xilas etmək üçün səfərbər olunduq. Damarını yüksək texnoloji ləvazımatlarlardan istifadə etməklə açdıq və bundan sonra xəstə klinik olaraq stabilləşdi (unutmayın ki, bu tibbi sərv və ləvazımatlar hamsısı Amerika və Yaponiyada istehsal olan və çox bahalı ləvazımatlardır). Xəstənin kritik vəziyyətdən çıxdığını görən, xəstə yaxını (oğlu) bir növ arxayıncasına, bütün mənəvi dəyər və normaları tapdalayaraq, göstərilən tibbi xidmətin ödənişindən yayınmaq üçün, bir az öncə onun anasına ikinci həyat bəxş edən və gərgin əmək sərf edən bir peşəkar komandaya qarşı hörmətsiz nümayiş etdirmiş və təhqiramiz ifadələr işlətmişdir. Xəstənin özü, anamız isə xəstəxanadan evə yazılarkən komandamıza öz təşəkkürünü bildirmişdir.

Mən xəstənin oğlu ilə bir dəfə qarşılaşdım. O özünü işğaldan azad olunmuş ərazilərimizdən olduğunu bildirdi. Mən isə əgər müharibə iştirakçısıdırsa xəstəxanada bu qrup şəxslərə ciddi güzəşt tətbiq olunduğunu bildirdim. Lakin, yaşının uğunluğuna baxmayaraq, Vətən müharibəsində iştirak etmədiyini bildirdi.

Qeyd edim ki bu müddət ərzində ağır xəstənin kardioreanimasyon yatışı, müalicəsi üçün xəstə yaxınları heç bir ödəniş etməmişdir. Bütün edilən qarayaxmalara, təhqiramiz ifadələrə baxmayaraq biz öz işimizi vicdanla görmüş və xəstənin vəziyyəti stabilləşdikdən sonra müalicə təyin edərək evə yola salınmışdır.

Dəyərli yoldaşlar, əziz bəzi media mənsubları həkimlərə qarşı əsassız, heç bir açıqlmaya dayanılmadan, qarşı tərəf dinlənilmədən edilən bu cür qarayaxmalar nəticəsində bu gün ölkədə artıq həkim sayı ciddi azalmaqdadır. Bu kimi hallar səbəbindən sözügedən xəstədə olduğu kimi, bir çox klinikalar ağır xəstələri qəbul etməkdən imtina edir, bu gün ölkəmizdə əksər həkimlər adından deyə bilərəm ki, ciddi etimad problemi yaşanılır.

Hər kəsi öz adımdan ölkənin savadlı, istedadlı, peşəkar mütəxəssis və gənclərinə, işini vicdanla görən hər bir vətəndaşına qarşı aparılmış bu cür qarayaxma hallarına qarşı birlik olmağa və bu cür əsassız ittihamlara inanmamağa çağırıram.

Bu cür xoşagəlməz davranışlar məyusluq yaradaraq işimizi çətinə salsa da ölkə də bizimdir, Vətəndə bizimdir. Sonda isə dahi Nizami Gəncəvinin sözlərinə istinadən demək istə ki, dəyərli yoldaşlarım: Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz!”

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!