Keçmiş məcburi köçkünləri sevindirəcək XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş məcburi köçkünləri sevindirəcək XƏBƏR

Sosial

29 Avqust 2025 10:22 859


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə Olan Müəssisələr Müdiriyyəti Bakı və Sumqayıt şəhərlərində, eləcə də Ağdam, Ağsu, Cəlilabad, İsmayıllı, Qax və Yevlax rayonlarında məcburi köçkünlərin məskunlaşdığı obyektlərdə cari təmir işləri həyata keçirəcək.

Layihənin ümumi dəyəri 1 milyon 124 min 739.42 manat təşkil edir.

Təmir işlərinə dam örtüyünün, yararsız şüşəli ruberoidin, hamarlayıcı qatların, metal yəhərlərin, şifer dam örtüklərinin, frantonların və novçaların sökülməsi daxildir. Sezar pizza

Bu layihənin əsas məqsədi məcburi köçkünlərin yaşadığı binaların təhlükəsizliyini və rahatlığını təmin etməkdir. Təmir işləri nəticəsində yaşayış şəraiti yaxşılaşdırılacaq, dam örtüklərindəki problemlər aradan qaldırılacaq və obyektlərin ümumi dayanıqlığı artırılacaq. Bu da məcburi köçkün ailələrinin daha rahat və təhlükəsiz şəraitdə yaşamasına imkan verəcək./Milli.Az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!