Kəlbəcər yolu qardan belə təmizlənir   - Video

saytların hazırlanması

Evə çatdırılma

Kəlbəcər yolu qardan belə təmizlənir - Video

Sosial

11 Noyabr 2021 15:11 869


Toğanalı-Kəlbəcər avtomobil yolunun Murovdağ silsiləsindən keçən hissəsində (Ömər aşırımı) hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə yolun qardan və buzdan təmizlənməsi istiqamətində mütamadi olaraq fasiləsiz işlər aparılır. 

Bu barədə Yenisabah.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumata görə, yolun təmizlənməsinə ümumilikdə 12 maşın-mexanizm və texnika cəlb edilib. Maşın-mexanizm və texnikaların Ömər aşırımında fasiləsiz xidmətini təşkil etmək, o cümlədən duz-qum ehtiyatının saxlanılması məqsədi ilə qayalıq ərazidə 40 metr uzunluğunda tunel-ambar tikilib, işçilərin isinməsi və istirahəti üçün xüsusi xidməti sahə yaradılıb.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!