Kişilərin 1/3-nin sevgilisi süni intellektdir – MARAQLI ARAŞDIRMA

saytların hazırlanması

Evə çatdırılma

Kişilərin 1/3-nin sevgilisi süni intellektdir – MARAQLI ARAŞDIRMA

Sosial

22 Sentyabr 2026 13:27 148


Tinder" və "Hinge" tətbiqlərinin sahibi "Match Group" şirkətinin hər il keçirdiyi "Singles in America" (Amerikada subaylar) araşdırması yalnızların tanışlıq və flört prosesində süni intellektdən (AI) istifadəsində kəskin artım olduğunu üzə çıxarıb. Məlumata görə, subayların flört zamanı süni intellekt vasitələrinə müraciət etmə göstəricisi son bir ildə 333 faiz (3 dəfədən çox) artıb.

“Yeni Sabah” xəbər verir ki, artıq profil mətnlərinin yazılmasından tutmuş cavab mesajlarının hazırlanmasına qədər bir çox proses AI texnologiyalarına həvalə edilir.

Tədqiqatın ən diqqətçəkən məqamlarından biri emosional bağlarla bağlıdır. Subayların 16 faizi süni intellekti "romantik yoldaş" kimi istifadə etdiyini bildirib. Z nəslində (Gənc nəsil) isə bu göstərici 33 faizə çatıb. Dominos pizza

Sosioloji mənzərəni dəstəkləyən digər bir göstərici "BYU Wheatley" İnstitutunun sorğusunda əks olunub. Araşdırmaya əsasən, 18-30 yaş arası kişilərin 31 faizi romantik tərəfdaş rolunu oynayan süni intellekt çatbotları ilə ünsiyyətdə olduğunu etiraf edib.

Ekspertlər bu göstəriciləri gənclər arasında tənhalıq hissinin artması və rəqəmsal emosional asılılığın yeni mərhələyə keçməsi kimi dəyərləndirirlər.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!