“Kişilik məşq etməklə olmur” – Manaf Ağayev

saytların hazırlanması

Evə çatdırılma

“Kişilik məşq etməklə olmur” – Manaf Ağayev

Şou

04 Noyabr 2019 11:51 1360


ARB telekanalında yayımlanan “Söhbət var” proqramının növbəti qonağı  tanınmış müğənni Manaf Ağayev olub.

“Yeni Sabah” xəbər verir ki, yerli şou-biznesin ən zəngin simalarından hesab edilən ifaçı açıqlamaları ilə gündəm yaradıb:

“Dəfələrlə olur ki, “Bir də bu insana kömək etmərəm” deyirəm, amma yenə də edirəm. Kişi doğulanda kişi olur, sonradan kişi olmur. İnsanın genində olmalıdır. Bir dəfə ətrafıma dostlarım yığılmışdı. Atam da görüb dedi ki, yenə yığmısan bunları başına? Dedim ki, ay ata, sənin dostların yaxşıdır, mənimkilər pis?! Atam da dedi ki, oğul, onlardan sənə dost olmaz. Mən onların kimin oğlu olduğunu, necə bir insan olduqlarını bilirəm. Sonradan böyüdüm, gördüm ki, atam düz deyir. Dördpendirli pizza

Kişilik məşq etməklə olmur. Mən insan tanıyıram ki, çox kasıbdır, amma qüruru var. Bir dəfə də olsun deməyib ki, problemim var! Özüm hiss etmişəm və ona “VAZ-217 avtomobilini bağışlayıb dedim ki, al, sən buna layiqsən. Mən dostlarıma belə dost olmuşam”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!